İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çin şirkətlərini İrana görə sanksiya siyahısına saldı

ABŞ İrana qarşı sanksiya siyahısını bir fiziki şəxs, 13 şirkət və səkkiz tanker daxil olmaqla genişləndirib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Məlumatda qeyd olunur ki, , məhdudiyyətlər "bir neçə il İran neft və neft məhsullarının tədarükünü asanlaşdıran" Yunanıstan vətəndaşı Antonios Marqaritisə qarşı tətbiq edilib.

Ondan əlavə, sanksiya siyahısına Çin, BƏƏ və Marşal adalarında yerləşən hüquqi şəxslər, Panama, Kuk adaları, Honq-Konq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və Barbuda bayraqları altında tankerlər də daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, İranın enerji resurslarının tədarükünə yardım İrana “mütərəqqi silahların” inkişafı üçün gəlir əldə etməyə kömək edir. Dövlət Departamentinin məlumatına əsasən, sanksiya siyahılarına, xüsusən də Çində “milyonlarla barel İran neftinin qeyri-qanuni tədarükünü asanlaşdıran” iki terminal və neft anbarı operatoru da salınıb.

Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarına və şirkətlərinə onun subyektləri ilə biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR