İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml BMT Təhlükəsizlik Şurasında "kreslo" arxasında gizlənə bilməyəcək -Zelenski

"Ukrayna Rusiyanı insanlara və insanlığa qarşı cinayətlərə görə heç vaxt bağışlamayacaq". 

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Zelenski ənənəvi axşam müraciətində deyib.

Vladimir Zelenski Çerniqov vilayətinə səfərindən sonra bildirib ki, Rusiya işğalından azad edilmiş torpaqları ziyarət etmək emosional olaraq ən çətin səfərlərdən biri idi. O, əlavə edib ki, dünən səhər Çerniqov vilayətində çoxlu müxtəlif tədbirlər və danışıqlar keçirib.

"Biz Çerniqov vilayətinin adi kiçik kəndi olan Yaqodnoyedə olduq. Ruslar keçən il bu kəndi dünyada insanlara qarşı ən böyük zorbalıq nümunələrindən birinə çevirdilər. Rus əsgərləri Yaqodnoye məktəbində komanda məntəqəsi yaradıb bütün sakinləri kənd məktəbinin zirzəmisinə qovmuşdular. Keçən il martın 3-dən 30-na kimi işğalçılar bu məktəbin zirzəmisində 300-dən çox insanı saxlayıblar. Adi kənd məktəbi. Zirzəmi 200 metrdən də kiçikdir. Yaşlı insanlar, gənc və azyaşlılar, qadınlar və kişilər zirzəmidə saxlanılıblar”, - prezident bildirib.

Zelenski əlavə edib ki, Kreml BMT Təhlükəsizlik Şurasında "kreslo", qaz boruları və ya başqa bir şeyin arxasında gizlənə bilməyəcək. Ukrayna ərazisində törədilən hər bir rus cinayətinə görə şübhəsiz ki, tribunalda, Beynəlxalq Cinayət Məhkəməsində, Ukrayna məhkəmələrində cavab verəcəklər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR