İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.

Millinin yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq.

Qeyd edək ki, Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi. 65 yaşlı mütəxəssis daha əvvəl Honduras, Ekvador və Çili seçmələrinə də rəhbərlik edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR