İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin enerji təchizatını bərpa etmək mümkün olmur

Kiyevdə elektrik təminatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır, şəhərin enerji təchizatını bərpa etmək mümkün olmur.

AZƏRTAC xəbər verir ki, “Klymenko Time” nəşri bu barədə Ukraynanın enerji sənayesində ən böyük özəl sərmayəçisi – DTEK holdinqinə istinadla məlumat yayıb. Holdinqə daxil olan YASNO kompaniyasının baş direktoru Sergey Kovalenko paytaxtda sakinlərin işığının kəsilməsinin 10 saat davam edə biləcəyini və elektrik enerjisinin Kiyev əhalisinin yalnız 20 faizinə çatdığını bildirib.

Odessa hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçukun sözlərinə görə, regionda enerji çatışmazlığı səbəbindən yaranmış uzunmüddətli fasilədən sonra elektrik nəqliyyatı bu gün marşruta çıxacaq.

Rusiya ordusunun hava zərbələri nəticəsində paytaxtın və Kiyev vilayətinin mühüm infrastruktur obyektlərinə ciddi zərər dəyib, paytaxt rayonlarının əksəriyyətinin elektrik enerjisi kəsilib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR