İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdən Putinin hərbi vəziyyətlə bağlı qərarına REAKSİYA

"Ukraynanın 4 vilayətində - Donetsk, Luqansk, Zaporojye və Xersonda hərbi vəziyyətin elan olunması bizim üçün nəyisə dəyişmir".

Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi ərazilərdə hərb vəziyyətin tətbiqi Ukrayna əmlakının talanmasına hesablanıb: "Biz ərazilərimizi işğaldan azad etməyə davam edirik”.

Ukrayna Daxili İşlər Nazirliyindən isə bildirilib ki, sözügedən sərəncam müvəqqəti ilhaq edilmiş ərazilərdə hərbi senzura, qanunsuzluq, hakimiyyət tərəfindən gücə üstünlük verilməsini təsdiqləyir.

Qeyd edək ki, Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR