İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev vilayətində naməlum uçan obyekt göründü

Bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinin səmasında naməlum obyekt görünüb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının “Telegram” kanalında yazılıb.

Yerli hakimiyyət orqanı tərəfindən bildirilib ki, hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşməsinin səbəbi də bununla bağlıdır.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Kiyev şəhəri və eyniadlı regionda hava həyəcanı siqnalı çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR