İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kiyev-Moskva arasında danışıqlar döyüş meydanındakı gücdən asılıdır" - NATO

Kiyev və Moskva arasında danışıqların nəticəsi cəbhədəki vəziyyətdən asılı olacaq.

AzVision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Azadlıq” radiosuna müsahibəsində deyib. Eyni zamanda, NATO Ukraynanı müstəqil və rus diktatorunun əsgərlərini geri çəkə bilən görmək istəyir.

Cəbhə xəttinin hazırki yerdə dondurulması ehtimalının nə dərəcədə real olması sualına Stoltenberq "NATO-nun məsuliyyəti bunun baş verməsinin qarşısını almaq" olduğunu deyib.

Baş katib bildirib ki, Ukrayna danışıqlar üçün hansı şərtlərin və nəticənin onun üçün məqbul olduğuna özü müstəqil qərar verir. Eyni zamanda, o əlavə edib ki, danışıqların nəticəsi döyüş meydanındakı güclə qırılmaz şəkildə bağlıdır.

“Beləliklə, əgər biz danışıqlar yolu ilə Ukraynanın sabah müstəqil, suveren dövlət kimi qalib gələcəyi nəticəyə nail olmaq istəyiriksə, o zaman bu gün hərbi dəstək verməliyik”, - NATO-nun baş katibi izah edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR