İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilosu 10 manatdır, FAYDASI isə...

Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qidalardan biri də şirin kartofdur.

Mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etmək üçün tutarlı səbəblər var.

Birincisi, şirin kartof vitaminlə zəngindir və gündəlik A vitamini ehtiyacınızın çoxunu ödəyə bilər. Eyni zamanda, immunitet sistemini gücləndirir və dəridə hüceyrələrin bərpasını təşviq edir. Şirin kartof C vitamini, kalium və manqanla da zəngindir.

Həmçinin tərkibindəki sağlam pəhriz lifləri sayəsində həzmi tənzimləyir və dəstəkləyir, uzun müddət toxluq hissi verir.

Şirin kartof aşağı glisemik indeksi olan qidalar arasındadır. Yəni qan şəkərində qəfil artım və azalmaların qarşısını almağa kömək edir.

Qeyd edək ki, şirin kartofun bir kiloqramının Azərbaycanda pərakəndə satış qiyməti 6 manatdan başlayır. Həmçinin bəzi mağazalarda idxal edildiyi ölkədən asılı olaraq 10-15 manata təklif olunur. /Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR