İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiçik rayonlar ləğv edilir? - Yeni islahatların anonsu

“Azərbaycanın müasir inzibati bölgüsündə müəyyən islahatların keçirilməsi qaçılmaz olacaq”.

Bu sözləri Bizim.Media-ya iqtisadçı-ekspert Vüqar Oruc bələdiyyə institutunun normal fəaliyyəti və inkişafı mövzusunda danışarkən qeyd edib.

Onun sözlərinə görə olduqca kiçik rayonlar var ki, inzibati idarəetmə prinsiplər baxımından o qədər də əlverişli deyil:

“Bəzi rayonlarımızın 18-20 min əhalisi var. Elə rayonlar da var ki, infrastrukturu o qədər də inkişaf etməyib. Belə rayonu digər yaxın inkişaf etmiş bölgənin tabeçiliyinə vermək olar. Bu da həmin rayonun inkişafına səbəb ola bilər. Bir sözlə ayrı-ayrı kiçik idarəetmə subyektləri yaratmaq əvəzinə tam formalaşmış və inteqrasiya olunmuş az sayda məmur vasitəsilə, o cümlədən idarəetmə prinsipinin sadələşdirilmiş formasından istifadə etməklə idarəetməyə üstünlük vermək dövrün tələbidir. Bu həm də məsuliyyətin aydınlaşmasına səbəb olan bir prosesdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR