Onlayn ictimai-siyasi qəzet
Kerç boğazı yaxınlığında "Volgoneft 212" adlı tanker qəzaya düşüb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Məlumata görə tanker, təxminən 4,3 min ton mazut daşıyır və gəminin göyərtəsində 13 nəfərlik heyət var. Hadisə sahildən təxminən 8 kilometr məsafədə baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyi qəzaya səbəb olan şəraiti və tankerə dəymiş zərəri müəyyənləşdirməyə çalışır. Rəsmi məlumatlara görə, qəza nəticəsində ciddi bir ekoloji təhlükə yaranıb. Təyyarələr və xilasedici gəmilər dərhal hadisə yerinə göndərilib, heyəti təxliyə etmək və sızan mazutu toplamaq məqsədilə xilasetmə əməliyyatları başladılıb.
Regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ