İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərdə minaya düşən vətəndaşlardan xəbər var - VİDEO

Kəlbəcərdə minaya düşən şəxslərin vəziyyəti yaxşıdır, onlar Gəncə şəhərinə gətirilib. Hazırda Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəznində olan Abbas Səhət adına Xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilir.

Minaya düşən mülkü vətəndaşlarımız özəl şirkətin əməkdaşlarıdır. Onlar iki aya yaxındır ərazidə rabitə xəttlərinin təminatı ilə məşğul olub. Rodik Pənahov həmin gün ilk mina partlayışında xəsarət alanlardandır. Deyir ki, ərazini təmizləyən zaman partlayış səsi eşidir və yaralanır.


Köməyə hərbiçilərlə yanaşı, onunla birlikdə işləyən həmkarları da gəlir. Hər kəsi ərazidən uzaqlaşdırırlar. Avtmobillə hərəkət zamanı ikinci partlayış baş verir. Sonuncu mina partlamasında avtomobildə olanlardan biri də Sadir Əliyarov olub. Zərbənin təsirindən huşunu itirir.

Yaralılar daha çox ayaq nahiyələrindən xəsarət alıb. Daha bir nəfər – Siyasət Allahverdiyev isə özəl xəstəxanalarından birinə yerləşdirilib. Xəsarət alan şəxslər əməliyyat ediləcək.

Qeyd edək ki, dekabrın 14-də, Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Tovuz rayon Böyük Qışlaq kənd sakini baş gizir Zöhrab Hümbətov isə şəhid olub.

İlham Məmmədov, Gəncə

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR