İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş prezidentin evinə POLİS BASQINI - ŞOK İDDİA

Braziliyada polis keçmiş prezident Jair Bolsonaronun evində axtarış aparıb. Paytaxt Braziliyada axtarış keçmiş liderin COVID-19 peyvəndi qeydləri ilə bağlı araşdırma çərçivəsində aparılıb.

Musavat.com xəbər verir ki, Bolsonaronun ABŞ-a getmək üçün peyvənd qeydlərini saxtalaşdırdığı iddia edilir.

Əməliyyat zamanı polis Bolsonaro və onun həyat yoldaşının mobil telefonlarını müsadirə edib, bəzi şəxslər saxlanıb.

Keçmiş lider isə saxta peyvənd qeydləri ilə bağlı iddiaları rədd edir.

Jair Bolsonaro açıq şəkildə COVID-19 peyvəndlərinə qarşı çıxıb. Bundan əlavə, o, müxtəlif hallarda peyvənd və onun əks təsirləri ilə bağlı qeyri-dəqiq məlumatlar paylaşıb. Dəfələrlə peyvənd olunmayacağını söyləməsinə baxmayaraq, Bolsonaro qeydləri ictimailəşdirməkdən imtina edib.

Bununla belə, yeni seçilmiş Lula hökumətinin bir rəsmisi ictimai maraqlara görə bu qeydləri açıqlamağa qərar verib.

Qeydlər Bolsonaronun 2021-ci ildə peyvənd edildiyini göstərir. Lakin polis peyvənd sertifikatının saxta ola biləcəyini iddia edərək çərşənbə günü Bolsonaronun evində axtarış aparıb. 

Jurnalistlərə açıqlama verən Bolsonaro sənəddəki saxtakarlıq iddiasını qəbul etməyib. Braziliyalı siyasətçi peyvənd olunduğu iddiasını da təkzib edib.

Bolsonaro siyasi rəqibi Lulanın andiçmə mərasimindən bir neçə gün əvvəl ABŞ-ın Florida ştatına səfər edib. ABŞ rəsmiləri Bolsonaronun ölkəyə hansı viza ilə daxil olduğu və ya peyvənd sertifikatı göstərib-göstərmədiyi sualını şərh etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR