Onlayn ictimai-siyasi qəzet
Ötən gecə İstanbulda Ömər Avşar keçmiş həyat yoldaşı, 4 uşağının anası Muradiye A.-nı bıçaqlayıb.
Musavat.com xəbər verir ki, Ömər Avşar daha sonra yaşadığı evdə özünü asaraq intihar edib.
Ağır xəsarət alan qadın isə xəstəxanaya çatdırılıb.
Hadisə yeri araşdırma qrupları və prokurorun araşdırmasından sonra Ömər Avşarın cəsədi Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.
Mənzildə araşdırmalar davam edərkən, Ömər Avşarın yaxınları uzun müddət qapıda gözləyiblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ