Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının keçmiş deputatı və Federal Təhlükəsizlik Xidmətinin (FSB) istefada olan polkovniki Gennadi Qudkov ABŞ Prezidenti Donald Trampın Vladimir Putin haqqında səsləndirdiyi “dəli olub” ifadəsinə münasibət bildirib.
Musavat.com xəbər verir ki, Qudkov bu çıxışı “səhnələşdirilmiş teatr” adlandıraraq, bunun təxribat xarakteri daşıdığını və ictimai rəyə yönəldiyini qeyd edib.
“Bu adi bir tamaşadır. Bütün xüsusi xidmət orqanları həmişə belə işləyib. Ortaya onun (Trampın) çoxdan ələ alındığına dair faktlar çıxan kimi dərhal çıxıb Putinə qarşı sərt ifadələr işlədir, sanksiyalar vəd edir. Əslində isə bu, Putinin göstərişilə Putini tənqid etməkdir. Bütün bunlar diqqəti yayındırmaq üçündür. Saf teatrdır,” – deyə o, Ukraynanın “İndi” telekanalına müsahibəsində bildirib.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ