İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaşpirovski psixolinqvist akademiki məhkəməyə verməklə hədələyir

Məşhur ekstrasens Anatoli Kaşpirovski psixolinqvist Tatyana Çerniqovskayadan 15 min dollar tələb edib.

Musavat.com xəbər verir ki, bu barədə “Life SHOT” Teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, hipnozçu 77 yaşlı Çerniqovskayanın ondan açıq şəkildə üzr diləməsini və ekstrasenslik işində elmi heç nə olmadığı barədə sözlərini təkzib etməsini istəyir. Psixolinqvist alim öz açıqlamalarında Kaşpirovskinin fəaliyyətini tədqiq edən neyrofizioloq Natalya Bexterovanın açıqlamalarına istinad edib. Eyni zamanda, ekstrasens özü bildirir ki, Bexterova, əksinə, onun işino elmi olaraq tanıyıb və onun "qeyri-adi qabiliyyətlərini" qeyd edib.

Kaşpirovskinin nümayəndələri Çerniqovskayanı "bazar qadını" adlandırıblar və sözlərini təkzib etmək üçün ona üç gün vaxt verdilər - əks halda məhkəməyə verəcəklər.

Sentyabrın əvvəlində ötən əsrin 90-cı illərində məşhurlaşan Anatoli Kaşpirovskinin yenidən Moskvaya qayıtdığı və sehrli seanslar apararaq, dörd gündə təxminən 6 milyon rubl qazana bildiyi məlum olub.

Sonradan o da məlum olub ki, ekstrasens dələduzluqda və vergidən yayınmaqda şübhəli bilinir. İctimai hərəkatın fəalları ekstrasensdən Rusiya İstintaq Komitəsinə şikayət ərizəsi yazıblar.

Tatyana Çerniqovskaya nevrologiya, psixolinqvistika və şüur nəzəriyyəsi sahəsində alimdir. O, Rusiya Elmlər Akademiyasının akademiki və Sankt-Peterburq Dövlət Universitetinin Koqnitiv Tədqiqatlar İnstitutunun direktorudur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR