İnsanlara hürriyət, millətlərə istiqlal!

Karpi şəhəri diktator Mussoliniyə verilən “fəxri vətəndaş” adını ləğv etmədi

1922-1943-cü illərdə İtaliyada hakimiyyətdə olan və faşizm ideologiyasını reallaşdıran Milli Faşist Partiyasının lideri Benito Mussoliniyə ölkənin şimalında yerləşən Karpi şəhəri tərəfindən 98 il əvvəl verilən “fəxri vətəndaş” adının ləğv edilməsi təklifi Karpi Şəhər Şurasında keçirilən səsvermədə qəbul edilməyib.

AZƏRTAC xəbər verir ki, İtaliyada faşizm siyasi hərəkatının əsasını qoyan Benito Mussoliniyə Karpi şəhəri tərəfindən verilən “fəxri vətəndaş” adı solçu partiyaların idarə etdiyi şəhərdə, eləcə də bütün ölkədə uzun müddətdir müzakirə mövzusuna çevrilib.

Mərkəz sol Demokrat Partiyasından (PD) olan Karpi şəhərinin bələdiyyə sədri Alberto Bellellinin 1924-cü ildə B.Mussoliniyə verilən “fəxri vətəndaş” adının geri alınması üçün şəhər şurasına təqdim etdiyi təklif keçirilən səsvermədə lazımi səs çoxluğu olmadığına görə qəbul olunmayıb.

Bələdiyyə sədri A.Bellelli təklifin yenidən səsverməyə qoyulacağını bildirib.

Qeyd edək ki, sağçı partiyalar bu səsverməni etirazla qarşılayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR