İnsanlara hürriyət, millətlərə istiqlal!

Kardiologiya İnstitutunda yoxlama başladı - RƏSMİ REAKSİYA (YENİLƏNİB)

 
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlanılması xəbəri ilə bağlı institutun mətbuat xidmətindən musavat.com-a məlumat verilib.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Mustafayeva saytımıza bildirib ki, 2023-cü il yanvar ayının 1-dən Elmi-Tədqiqat Kardiologiya İnstitutu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib və hazırda institutda Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"-nin bəndinin rəhbər tutaraq institutun cari vəziyyətini müəyyən edilməsi ilə əlaqədar monitorinq aparılır.
 
***
 
Səhiyyə Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalara başlayıb.
 
Musavat.com Medicina.az-a istinadən xəbər verir ki, bununla bağlı xüsusi yoxlama komissiyası yaradılıb.
 
İnstitutun bazası, personal və xidmətlər bütünlüklə təftiş olunacaq.
 
Komissiyaya tapşırılıb ki, bu həftə ərzində İnstitutda təşkilati, elm, kadr məsələləri, göstərilən tibbi xidmət, maddi-texniki baza, bina və digər tikililər varədə cari vəziyyətin monitorinqi aparılıb, nəticəyə dair arayış təqdim edilsin.
 
 
Qeyd edək ki, bir neçə gün əvvəl Bakupost.az saytı institutun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə bir sıra ciddi nöqsanlarla bağlı məlumat yaymışdı.
 
İnstitutun mətbuat xidməti isə bu məlumatı təkzib etmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR