İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada Arktikada hərbi mövcudluğunu artırmaq niyyətindədir

Kanada ordusu müxtəlif əməliyyatlar keçirə bilmək üçün zaman keçdikcə Arktikada mövcudluğunu gücləndirmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şimali Amerika ölkəsinin Müdafiə Ordusunun Qərargah rəisi, general Ueyn Eyr Kanada parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) Milli Müdafiə Komitəsində keçirilən dinləmələrdə deyib.

"Hazırlıq (Kanada Silahlı Qüvvələrinin hazırlığı - red) dörd komponentdən ibarətdir: insanlar, avadanlıq, təlim və maddi-texniki təminat. Arktikada əməliyyatlar apara bilmək üçün diqqətimizi hər dörd hissəyə (komponentə) yönəltməliyik", - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR