İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniyada atışma zamanı həlak olanların hamısı çinli işçilərdir

Bazar ertəsi Şimali Kaliforniyanın Half Moon Bay şəhərində iki fermada baş verən atışma nəticəsində ölən yeddi nəfərin hamısı çinli işçilərdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı Half Moon Bay şəhər şurasının üzvü Debbi Raddok NBC kanalına istinadla məlumat verib.

"Faciənin bütün qurbanları çinli ferma işçiləridir", - Raddok deyib.

San Mateo qraflığının şerif ofisinin açıqlamasında deyilir: "Gecə saat 14:22 radələrində fermada güllə yarası olan 4 cəsəd tapılıb, daha bir qurban isə ağır vəziyyətdə Stenford tibb mərkəzinə aparılıb.  Bundan az sonra başqa fermada daha 3 nəfərin cəsədi tapılıb".

Hazırda əsas şübhəli Half Moon Bayda yaşayan 67 yaşlı Çunli Zhao adlı Asiya əsilli kişidir. O, təslim olmaq üçün şerifin ofisinə gələndə avtomobilində saxlanılıb. Eyni zamanda Zhaoda yarı avtomatik tapança aşkarlanıb. Şübhəli şəxs həbsdədir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları Zhaonun təkbaşına hərəkət etdiyini düşünürlər. Cinayətin motivi qeyri-müəyyən olaraq qalır. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR