İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlunun toyuna bu tanınmışlar gəlib

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən qubernatorlar, hökumət üzvləri və diplomatlar gəliblər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov öz "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Aleksandr Novak, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, eləcə də digər regionların başçıları, dünya idmanının ulduzları, elm, mədəniyyət və din xadimləri Adam Kadırovu toyu münasibətilə təbrik etmək üçün gəliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR