İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovdan Putinin hərbi vəziyyət qərarına REAKSİYA

Mən Rusiyanın dörd yeni regionunda hərbi vəziyyətlə bağlı qərarı tam dəstəkləyirəm.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.

O, telegram kanalında bunları yazıb:

“Mən həmişə vurğulamışam ki, xalq referenduma gedib ki, biz onları “nasist”lərdən qoruyaq. İndi isə bir güllə Rusiyaya tərəf getsə də, nəinki qərar qəbul edən mərkəzləri vurmaq, onları yer üzündən silmək lazımdır ki, bu faşist-Bander xuntasından yaş yer qalmasın”.

O bildirib ki, Rusiyanın təhlükəsizliyini təkcə federal mərkəz deyil, həm də regional hakimiyyət qurmalıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR