İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Dubayda, Medvedev isə Türkiyədə - Savaşın qızğın çağında Rusiya rəhbərləri kef çəkib

Rusiya elitası müharibənin qızğın çağında yanvar bayramlarından sonra da xaricdə istirahətini davam etdirib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

Gələn informasiyalara birinci şəxslərin biznes təyyarələri cənub kurortlarına uçmağa davam edir.

Çeçenistan rəhbəri Ramzan Kadırov ötən həftə Banqkok və Dubaya səfər edib. Bu ilin yanvarın 24-də onun Airbus A319 təyyarəsi Qroznıdan havaya qalxıb və bir neçə saat sonra Tailandın paytaxtına enib. Kadırovun 80 milyon dollarlıq layneri növbəti iki gün orada qalıb. Yanvarın 26-da səhər “Airbus A319” Banqkokdan Dubaya uçub. Jurnalistlərin təsbitinə görə, Kadırovun BƏƏ-də öz villası var. Müşahidəçilər çeçen liderin təyyarəsinin bu günə qədər orada qaldığını təsdiqləyirlər.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Türkiyə sahillərinə aşiq olub. Bu ilin yanvarın 9-da, yəni ilk iş günü onun “Bombardier Global” layneri Türkiyəyə eniş edib. Həmin gün Medvedev Telegram kanalında Ukrayna, Litva və Polşa prezidentlərinin ünvanına təhqirlərlə dolu daha bir status paylaşıb. Keçmiş prezidentin “Bombardier” layneri Türkiyəni yalnız yanvarın 13-də tərk edib. Müşahidəçilər onun günəşdən qaralan simasına diqqət çəkiblər.

Rusiyanın ən varlı naziri Denis Manturov hazırda Rusiya ətrafında aktiv şəkildə uçur. “Flightradar” məlumatlarına görə, son həftələr ona məxsus “Sukhoi Superjet” təyyarəsi Soçi, Perm və Moskvaya səfər edib. Amma Yeni il bayramı üçün Sənaye və Ticarət Naziri Türkiyəni seçib. Yanvarın 3-də onun “Sukhoi Superjet” təyyarəsi İstanbula endi və növbəti 9 gün orada qaldı. Rusiyalı nazir hətta tətildən sonrakı ilk iş günlərini qaçırıb - onun biznes təyyarəsi yalnız yanvarın 12-də Moskvaya qayıdıb

Bundan əvvəl “Rostex”in rəhbəri Sergey Çemezovun Rusiyadan Serbiyaya 80 milyon dollar dəyərində olan “Boeing 737-700” təyyarəsini yenidən qeydiyyatdan keçirməsi barədə xəbər yayılıb. Serbiya qeydiyyatına görə təyyarə heç bir sanksiyaya düşmədən Avropa səmalarında rahat gəzə bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR