İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadidən “Qarabağ”la bağlı şok açıqlama

Kadi Borgesin "Qarabağ"a transferiylə bağlı şok detallar üzə çıxıb.

Musavat.com Football-plus.az-a istinadən xəbər verir ki, Macarıstan mətbuatına açıqlama verən futbolçu əslində komandasından ayrılmaq niyyətində olmadığını bildirib. O, hər şeyin qəfil baş verdiyini deyib:

"Evdə ertəsi gün Macarıstan çempionatında baş tutacaq növbəti oyuna hazırlaşırdım. İdman direktorumuz Tamaş Haynaldan gələn zəng məni xeyli təəccübləndirdi. O, "Ferentsvaroş"dan ayrılmaq istəmədiyim halda, məndən başqa komandaya keçmək istəyib-istəmədimi soruşdu. Cavabım belə oldu: klubum və mənim üçün faydalı olacaqsa, bəli. Bundan sonra danışıqlar prosesinin başlayacağını düşünürdüm. Sən demə, hər şey artıq son mərhələdəymiş. Dərhal menecerimə zəng etdim. O məsələdən xəbərdar olmadığını dedi. Mən hələ də hadisələrin səbəbini başa düşməmişəm. Hər şey bir anda baş verdi.

Qısası, "Qarabağ"a keçidim "Ferentsvaroş"un qərarıdı. Komandadan ayrılmaq üçün heç bir səbəbim yox idi. Yayda gəlmişdim və uzunmüddətli müqavilə imzalamışdım. Danışıqlar yalnız klublar arasında baş tutdu. Sonradan öyrəndim ki, Julio Romaoyla danışıqlar başlayıb və onunla dəyişdirilirəm. "Qarabağ" Romaonun qarşılığında pul yox, sadəcə, məni istəyib.

Mən "Ferentsvaroş"un arxa qapısından qaçmadım. Ordan başıuca ayrıldım. Bu komandada özümü çox yaxşı hiss edirdim. Bilirəm ki, statistikam yaxşıdı və həmin rəqəmlər yalan danışmır. Bəlkə də hamısı səhvdi və mən futbol haqda nəsə bilmirəm. Yəqin ki, "Qarabağ"la "Ferentsvaroş"un belə qərar verməsi hər ikisi üçün yaxşıdı. "Ferentsvaroş"u tərk etmək məcburiyyətində qalsam da, "Qarabağ"a dəyər verirəm və hörmət edirəm. Burda xoşbəxt olacam".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR