İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalist Tatarskinin ölümü kimin xeyrinədir? - VİDEO

"Tatarski son bir ildə Rusiya müdafiə nazirini tez-tez tənqid edib".

Musavat.com xəbər verir ki, ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko hesab edir ki, rusiyalı hərbi müxbir Vladlen Tatarskinin qətli Rusiya Federasiyasının güc strukturlarının nümayəndələri arasında idarədaxili qarşıdurmadır.

Ekspert 2022-ci ildən Tatarskinin “Vaqner PMC” şirkətinin sahibi Yevgeni Priqojini dəstəkləməyə başladığını xatırladıb və Rusiyanın müdafiə naziri Sergey Şoyqunu tənqid etdiyini deyib.

“Rusiya Müdafiə Nazirliyinin himayəsi altında olan müəyyən rus hərbi təbliğatçı fondu var. Məsələn, “Komsomolskaya Pravda” tamamilə Rusiya Müdafiə Nazirliyinin nəzarətindədir, lakin 2022-ci ilin ikinci yarısından bu nəşriyyat daim nazirliyi tənqid edib. Tatarskinin qətlə yetirilməsi digər müxbirlərə "Vaqner" qrupunu və Yevgeni Priqojini dəstəkləməmək üçün bir siqnaldır”, - Kovalenko bildirib.

Musavat.com Tatarskinin öldürülmə anından bir az sonra çəkilmiş görüntüləri təqdim edir:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR