Onlayn ictimai-siyasi qəzet
Qırğızıstan prezidenti Sadır Japarov Bişkekin Rusiya ilə sıx iqtisadi və siyasi əlaqələrini müdafiə edərək Avropa İttifaqını tənqid edib.
Musavat.com xəbər verir ki, Qırğızıstan lideri bu barədə BMT tribunasından bildirib.
“Bizdən Rusiya ilə əməkdaşlıq etməməyi tələb edirsiniz, amma özünüz onunla ticari-iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirsiniz. Bizim isə Rusiya ilə sizdən daha çox iqtisadi əlaqələrimiz var”, – Japarov deyib.
O əlavə edib ki, Qırğızıstan əsassız sanksiyaları ölkənin daxili işlərinə müdaxilə və yenicə ayağa qalxan ölkənin inkişafına mane olan təzyiq kimi qiymətləndirir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ