İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 5 vilayəti OD İÇİNDƏ! Başqırdıstana ZƏRBƏ – neft zavodu BOMBARDMAN EDİLDİ! – CANLIda

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 70 PUA vurub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Belqorod, Kursk, Rostov, Volqoqrad, Krım və Qara dəniz suları üzərində Ukraynaya məxsus 70 PUA zərərsizləşdirilib.

Ukrayna dronları “Qazprom”un Başqırdıstandakı neft emalı zavodunu vurub

Ukrayna Təhlükəsizlik Xidmətinin dronları bir həftə ərzində ikinci dəfə Rusiyanın Başqırdıstan Respublikasındakı “Qazprom”un ən böyük neft emalı zavodlarından birinə zərbə endirib.

Herbiand.az xəbər verir ki, bu barədə UNİAN Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələrinə istinadən məlumat yayıb.

"Son 7 gündə ikinci dəfədir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin CSO A pilotsuz təyyarələri Başqırdıstana uçaraq "Qazprom Neftexim-Salavat"a zərbələr endirib. Bu, Rusiyanın ən böyük neft emalı və neft-kimya zavodlarından biridir. O, avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen də daxil olmaqla 150 müxtəlif məhsul istehsal edir".

Bundan əvvəlki hücum zamanı sentyabrın 18-də baş verdi.

Hücumu Başqırdıstan qubernatoru Radiy Xabirov da təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodomir Zelenski ilə görüşməyə hazırdır, lakin ciddi hazırlıq olmadan belə danışıqlar uğursuzluğa məhkumdur.

Musavat.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RBC radiosuna müsahibəsində bildirib:
"Putin öz mövqeyini aydın şəkildə bildirib. O, görüşə hazırdır, lakin dəqiqləşdirib ki, mənası yalnız tərəflər ekspert səviyyəsində hazırlıq apardıqda olacaq. Bunsuz görüş daha çox PR aksiyasıdır, uğursuzluğa məhkumdur".

Putinin mətbuat katibi bildirib ki, Moskva Ukrayna nizamlanmasına paralel olaraq Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılmasının tərəfdarıdır, lakin Vaşinqton hazırda bu prosesləri əlaqələndirir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR