İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağ Yəhudiləri Dini İcmasının sədri: "Əcdadlarımıza minnətdar olmalıyıq ki..."

“Möhtəşəm qələbə haqqında çox deyilib, çox danışılıb, bundan sonda da deyiləcək və yazılacaq. Bu qələbə bizə həm də kimliyimizi tanımağa imkan verdi. Şəhidi olmayan bir xalq məzlum bir xalqdır. Biz torpaqlarımızı azad edəndən sonra ermənilərin bir qarış da torpaqlarına göz dikmədik”.

Musavat.com xəbər verir ki, bunu Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən 5-ci iclasında deyib.

Onun sözlərinə görə, indi 100-dən çox regional müharibə gedir:

“Amma nə üçün getdiyini bilmir. Dünya malı üçündürsə, hər şey bu cahanın, bu dünyanındır. Biz yəhudilər də uzun illərdir Azərbaycanda yaşayırıq. Həmişə qeyd edirəm ki, biz əcdadlarımıza minnətdar olmalıyıq ki, belə gözəl məkanı, torpağı bizə məskən seçiblər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR