İnsanlara hürriyət, millətlərə istiqlal!

Çarli Kirk ölümündən əvvəl Ermənistanda keçiriləcək dua tədbirinə qatılacağını vəd edibmiş

ABŞ-da mühafizəkar mövqeləri ilə tanınan ictimai xadim Çarli Kirk ölümündən cəmi bir neçə saat əvvəl Ermənistan üçün ilk dəfə keçiriləcək Respublika dua səhər yeməyində əsas məruzəçi kimi çıxış etməyi vəd edibmiş.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Xristianların təqibdən xilas edilməsi” təşkilatının rəhbəri Dede Laugesen “Facebook” səhifəsində məlumat verib.

Qeyd eədk ki, Çarli Kirk ABŞ-da sağçı siyasi dairələrdə geniş tanınırdı. O, gənclər arasında təsir gücünə malik “Turning Point USA” təşkilatının qurucusu və rəhbəri olub. Kirk mühafizəkar və ultra-sağ ideyaları müdafiə edən çıxışları ilə seçilir, həm tərəfdarlarının rəğbətini, həm də tənqidçilərinin sərt reaksiyalarını qazanırdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR