İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan lideri Nyu-Yorkdakı ilk dəqiqələrindən dünya liderlərinin diqqət mərkəzindədir”

 

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ səfəri davam edir. BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanan Dövlət Başçısının bu gün gecə saatlarında tarixi çıxışı gözlənilir.

Sessiya çərçivəsində ölkə başçısı çox mühüm görüşlər keçirməkdədir. Hər bir görüş də qarşı tərəflərin istəyi və cəhdi ilə baş tutur. Bu da Cənubi Qafqazın lider dövlətinin qalib rəhbərinə olan diqqətin bir daha göstəricisidir.

Görünən odur ki, Azərbaycan Prezidentinin sessiya bitənə qədər iş qrafiki çox zəngin olacaq.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında ölkə başçısının Amerikada olduğu iki gün ərzində hər kəsin qalib ölkənin lideri ilə görüşməyə can atdığını vurğuladı. O, bunun da assambleya çərçivəsində ən diqqətçəkən məqamlardan biri olduğunu qeyd edib: “Ölkə başçısının Nyu-York gündəliyi bu baxımdan zəngindir. Nüfuzlu ölkələrin liderləri, dünyaca məşhur şirkətlərin başçıları prezident İlham Əliyevlə görüşmək üçün sıraya düzülüb.

Hətta ABŞ prezidenti Donald Tramp öz çıxışında Azərbaycan prezidenti ilə dialoqa ehtiyac duydu. Dünya liderləri Azərbaycan prezidentini fenomenal siyasət dühası kimi qəbul edirlər. Bu, həm də ölkəmizin nüfuzunun artması deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşdü.

Görüş həm də İraq tərəfinin istəyi ilə baş tutdu. İraqın rəhbəri də Azərbaycan prezidentini Ermənistanla sülhün əldə olunmasında önəmli addımın atılması münasibəti ilə təbrik etdi. İraq lideri, eləcə də digər dövlət rəhbərləri Azərbaycan prezidenti ilə görüşlərində enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etməyə can atırlar. Çünki ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan dünyanın enerji mərkəzinə, logistika beşiyinə çevrilib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. Amma hər ölkənin lideri diqqət mərkəzinə düşə bilmir. Azərbaycan lideri isə elə Nyu-Yorkdakı ilk dəqiqələrindən dünya liderlərinin diqqət mərkəzindədir. 

 Bu baxımdan, hər kəs Azərbaycanı qlobal oyunçuya çevirən İlham Əliyev dühası ilə şəxsən görüşmək, onun əlini sıxmaq istəyir. Cənab Prezidentlə yanaşı birinci xanım Mehriban Əliyeva da BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak edir. Azərbaycan prezidentinin qlobal iqlim dəyişmələri və digər bəşəri problemlərə həssas yanaşması təkcə BMT-nin yox, digər nüfuzlu təşkilatların və beynəlxalq oyunçuların diqqət mərkəzindədir. Məhz prezident İlham Əliyevin dəmir iradəli siyasəti nəticəsində Azərbaycanın sözü ən ali tribunalardan eşidilir”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR