İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın baş naziri Meloni sevgilisindən ayrılıb – qalmaqallı sözlərə görə

İtaliyanın baş naziri Corciya Meloni son həftələrdə efirdə və efirdən kənarda etdiyi cinsiyyətçi şərhlərə görə tənqid hədəfinə çevrilən sevgilisi Andrea Cambrunodan ayrıldığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın baş naziri Meloni son vaxtlar təkcə siyasi həyatı ilə deyil, şəxsi həyatı ilə də diqqət mərkəzindədir. Bunun ən böyük səbəbi Meloninin sevgilisinin jurnalist Andrea Cambruno olmasıdır.

Cambruno keçmiş baş nazir Silvio Berluskoni tərəfindən əsası qoyulan, İtaliyanın ən böyük özəl yayım şirkəti olan “Mediaset”də xəbər proqramının aparıcısıdır. O, xüsusilə avqust ayından bəri sərt tənqidlərə səbəb olan açıqlamaları ilə gündəmdədir.

"Əgər rəqs etməyə gedirsənsə, sərxoş olmaq hüququn var", - deyən Cambruno əlavə etmişdi ki, ancaq sərxoşluğun və huşunu itirməyin qarşısını alsan, bəlkə də özünü bəlaya düşməkdən qoruyarsan. Daha sonra onun “zorlanmaq istəmirsənsə, ilk növbədə huşunu itirmə, ağlını saxla” kimi ifadələri sərt tənqid hədəfinə çevrilmişdi.

Həmin epizoddan sonra Meloni bildirib ki, onun şərhlərinə görə tərəfdaşı mühakimə olunmamalıdır və o, gələcəkdə partnyorunun davranışı ilə bağlı suallara cavab verməyəcək.

Ancaq İtaliyanın baş naziri, nəhayət, bu gün şəxsi həyatı ilə bağlı yeni açıqlama verib və jurnalistdən ayrıldığını ifadə edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR