İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada koronavirus əleyhinə 138 milyon dozadan çox peyvənd tətbiq olunub

İtaliyada indiyədək COVID-19 infeksiyası əleyhinə 138 milyon dozadan çox peyvənd tətbiq edilib.

AZƏRTAC xəbər verir ki, 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu vaxtadək ölkədə 138 milyon 496 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 398 min 987 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,49 faizdir), peyvəndlərini tamamlayanların sayı 48 milyon 642 min 932 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,09 faizdir).

Ötən il sentyabrın 20-dən etibarən isə ümumilikdə 39 milyon 673 min 514 doza əlavə peyvənd tətbiq olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR