İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin ikili standartı - Quran yandırmağa icazə verdi, amma...

Danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludana Türkiyə səfirliyi qarşısında Quranı yandırmağa icazə verən İsveçin ikili standartı İsrail diplomatının paylaşımı ilə üzə çıxıb. 

Musavat.com xəbər verir ki, qalmaqallı aksiyanın baş rolu olan Paludana polisin himayəsi altında Quranı yandırmağa icazə verən İsveç İsrailin reaksiyasından sonra geri addım atıb.

İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman səfirliyin qarşısında Tövratın yandırılması aktı ilə bağlı diqqətçəkən açıqlama verib.

Kulman şəxsi Twitter hesabında yazıb: "Son bir neçə gündə bu mənfur hərəkətin baş verməməsi üçün gecə-gündüz çalışırıq" 

Aksiyaya hazırlıqla bağlı məlumat alındıqdan sonra polis və İsveç Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıqlarını vurğulayan Kulman belə davam edib: "İsveç səlahiyyətlilərinə qarşı səylərimiz nəticəsində sözügedən qrup Tövratı yandırmaqdan əl çəkdi".

İsrailli diplomat İsveç rəsmilərinə təşəkkür edib və qərardan məmnun olduqlarını vurğulayıb.

Yəni Türkiyənin və dünya müsəlmanlarının reaksiyasını heçə sayan, hətta təxribata "fikir azadlığı" donu geyindirən İsveç hakimiyyəti ayrıseçkilik edərək Tövrat yandırmağa hazırlaşan qrupun fəaliyyətini dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR