İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçdə İrandan gəlmə  iki qardaş Rusiyanın xeyrinə casusluqda təqsirli bilinib


İsveçdə keçmiş kəşfiyyatçı və onun qardaşı Rusiyanın xeyrinə casusluqda təqsirli biliniblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Peyman Kia ömürlük, qardaşı Payam isə doqquz il on ay həbs cəzasına məhkum olunub.

Qardaşlar ötən ilin noyabrında yaxalanıb və hər ikisinə casusluq ittihamı irəli sürülüb. Böyük qardaş Peyman Kiya məxfi məlumatlara giriş qaydalarını kobud şəkildə pozmaqda suçlanır.

Prokurorların fikrincə, Peyman Kiya İsveç xüsusi xidmət orqanlarında və ordusunda xidmət edərkən ruslar üçün məxfi məlumatlar əldə edib. Qardaşı isə on il ərzində Rusiya hərbi kəşfiyyatı QRU ilə əlaqə saxlayıb və pul müqabilində onlara informasiya ötürüb.

Qeyd olunur ki, Peyman Kiyanın 42, qardaşı Payamın 35 yaşı var. Onların hər ikisinin İran əsilli olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR