İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç “Şimal axını” qaz kəmərlərində partlayış törədilməsini təsdiqləyib

İsveç iki həftə öncə “Şimal axını” kəmərlərində baş vermiş qaz sızıntısının partlayış nəticəsində olduğunu təsdiqləyib.

APA CNN-ə istinadən xəbər verir ki, İsveçin Təhlükəsizlik Polisi hadisə yerində apardığı cinayət təhqiqat işlərindən sonra bu nəticəyə gəldiyini açıqlayıb.

Bildirilib ki, detonasiya İsveç iqtisadi zonasında olan hər iki boru kəmərində geniş zədəyə səbəb olub. Təhlükəsizlik Polisi aparılan təhqiqatın nəticələrinin təxribat törədilməsi ilə bağlı şübhələri gücləndirdiyini əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR