İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Rusiya sərhədinə 600 hərbçi göndərdi

İsveç Rusiya sərhədinə 600 hərbçi göndərib.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hərbçilər məxfilik şəraitində dəniz yolu ilə Latviyaya gediblər. Onlar altı ay müddətində Rusiya ilə sərhədi qoruyacaqlar.

Məqsəd Rusiyanı NATO-nun ərazi bütövlüyünə meydan oxumaqdan çəkindirməkdir.

Bu, İsveçin NATO daxilində ilk missiyasıdır.

Qeyd edək ki, İsveç hərbçiləri sonuncu dəfə 1990-cı illərdə Avropada sülhməramlı missiyada iştirak ediblər. Həmin vaxt onlar Kosovoda əməliyyatlarda təmsil olunublar.

Xatırladaq ki, bundan əvvəl İsveçin NATO-nun Baltik dənizində patrul missiyasına qoşulacağı bildirilmişdi.\\“Report” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR