İnsanlara hürriyət, millətlərə istiqlal!

İstiqlal küçəsində törədilən terrorun təşkilatçısı zərərləşdirildi

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktının təşkilatçısı Halil Menc Suriyada zərərsizləşdirilib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MKİ) bildirilib.

Məlumata görə, xüsusi əməliyyat qrupu tərəfindən diqqətlə izlənilən Menci Kamışlıda həyata keçirilən uğurlu əməliyyat ilə zərərsizləşdirilib.

Qeyd edək ki, İstiqlal küçəsindəki terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində 25 nəfər həbs olunub.

Xatırladaq ki, ötən ilin noyabrın 13-ü İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR