İnsanlara hürriyət, millətlərə istiqlal!

"İstəsək, öldürərdik..." - Rusiyanın BMT-dəki nümayəndəsi

Polyanski: “Siz doğrudanmı Zelenskinin kortejini vurmaq istəsək, bunu edə bilməyəcəyimizi düşünürsünüz?” 

Xəbər verildiyi kimi, martın 6-da Rusiya silahlı qüvvələri Odessanı raket atəşinə tutub, nəticədə həlak olan və yaralananlar olub.  Həmin vaxt Ukrayna prezidenti Volodimir Zelenski Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə birgə Odessada olublar. Mətbuat konfransı zamanı  Yunanıstanın baş naziri deyib ki, partlayış zamanı Ukrayna prezidenti ilə birlikdə Odessa limanında olub.

Снимок-4.JPG (31 KB)

“Biz limanda idik. Prezident Zelenski limanın əhəmiyyəti və onun bərpası üçün görüldüyü işlər barədə danışırdı. Xüsusilə, limanın hücumlar nəticəsində hansı dağıntılara məruz qaldığını gördük. Səfərin sonunda hava həyəcanı və yanımızda güclü partlayışlar eşitdik. Bu, heyrətamiz hadisədir. Başa düşürük ki, bu müharibə hər kəsə aiddir və heç kəsə aman vermir”, - deyə baş nazir vurğulayıb. Bir sıra Qərb siyasətçiləri  Odessada Zelenski və  Mitsotakisin kortejinin yaxınlığındakı hədəflərə zərbə endirilməsini  pisləyiblər.

Rusiya  Ukrayna prezidentini fiziki məhvini planlaşdırmır.

Musavat.com xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski  Təhlükəsizlik Şurasının iclasında həmkarlarını buna inandırmağa çalışıb. 

Rusiyalı diplomat  deyib ki, Kiyev hakimiyyəti Odessaya raket təhlükəsi ilə  həyəcan siqnalı verməyib.

Polyanski həmçinin BMT Təhlükəsizlik Şurasının üzvlərindən özlərinə sual vermələrini xahiş edib: “Siz doğrudanmı Zelenskinin kortejini vurmaq istəsək, bunu edə bilməyəcəyimizi düşünürsünüz?” deyə, daimi nümayəndə birinci müavini sual edib. O, həmçinin vurğulayıb ki,  Qərbdə “Kiyev rejiminin liderindən qurtulmağı gözləyənlər var, amma Rusiya onları məyus edəcək. "Mən sizi məyus edə bilərəm, bu bizim məqsədimiz deyil" deyə Polyanski fikrini yekunlaşdırıb.

Kəşfiyyat məlumatlarına görə, ruslar Ukrayna prezidenti Volodimir Zelenskini on dəfədən çox öldürməyə cəhd edib. Bu barədə Zelenski özü İtaliyanın “Rai” telekanalının “Cinque minuti” proqramına müsahibəsində bildirib.

“Xüsusi xidmət orqanları və kəşfiyyat 10-dan çox deyir. Düzünü desəm, bu rəqəmi saymıram. Mənə elə gəlir ki, bütün Ukrayna xalqı, əsasən də cəbhədə olan hərbçilər hər gün həyatlarını riskə atırlar”, – deyə Zelenski Vladimir Putinin onu neçə dəfə öldürməyə cəhd etməsi sualına cavab olaraq qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, o, hər bir ukraynalı kimi eyni riskləri yaşamaqdan qorxmur. 

Orxan ƏLİYEV, 
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR