İnsanlara hürriyət, millətlərə istiqlal!

İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

Bəzi media resurslarında istefası barədə xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

Musavat.com Manset.az-a istinadən xəbər verir ki, Vasif Talıbov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək ehtiramını ifadə edib.

Onunla bərabər Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da orada olub.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov Manset.az-a açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı.

vasiff1670851672.jpg (52 KB)

vasiff11670851678.jpg (39 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR