İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib” - ŞOK DETALLAR

Türkiyənin İstanbul şəhərində törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb.

Musavat.com-un “Milliyət”ə istinadən xəbər verir ki, terror əmrini ABŞ mənşəli mənbələr verib.

Məlumata görə, buna sübut kimi terrorçunun telefon zəngləri və mesajlaşmaları göstərilir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb.

Albashır PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR