İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul polisindən MÜDHİŞ əməliyyat - FOTO

"Bello Jos" (Gombul Cos) ləqəbli narkobaron Cozef Yohannes Leydekkers vətəndaşı olduğu Niderland, həmçinin Fransa və Belçikadan qırmızı bildirişlə axtarışa verilib.

Musavat.com "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul Narkotik Cinayətlərlə Mübarizə şöbəsi "Bello Jos"un adamlarının Türkiyədə olduğu müəyyən edildikdən sonra texniki və fiziki təqibə başlayıb.

Bu ilin iyun ayının əvvəllərində aralarında türklərin də olduğu 25 nəfər, iyunun 23-də isə "Bello Jos"un yaxın adamlarından biri olan hollandiyalı Jurean Entoni Finiks və daha 3 nəfər saxlanılıb.

Əməliyyat zamanı tapılan saxta pasportların kartelin 2 nömrəli adamı İsaak Bignan və həyat yoldaşının Türkiyədən qaçırılması üçün hazırlandığı bəlli olub.

Jurean Finiksin məhz Bignan və həyat yoldaşını yaxta ilə xaricə qaçırmaq üçün Türkiyəyə gəldiyi müəyyən edilib. Finiks Türkiyəyə gəldiyi zaman kartelin Türkiyə qolu olan Naci Y. Adlı mafiozun adamları ilə də əlaqə saxlayıb.

Finiksdən əldə edilən rəqəmsal materiallardan İsaak Bignanın Muğlanın Fəthiyə rayonunda gizləndiyi müəyyən edilib. Fəthiyədə Bignan üçün yaxtanın hazırlandığı xəbərini alan qruplar kritik əməliyyat üçün 25 iyunda hərəkətə keçib.

Polis qrupları hərəkətə keçərkən Bignan və yoldaşlarının İspartada olduqları barədə operativ məlumat daxil olub. Burada keçirilən əməliyyatda Bignan, Ömər K. və Murat P. ilə birlikdə yaxalanıb. Axtarışlar zamanı onların üzərindən odlu silah, zireh, izləmə müşahidə aparatı, xeyli pul aşkar edilib.

İstanbul Narkotik Polisi Bignana kömək edən daha 3 nəfəri müəyyən edib. Əli C. Talha A. və Kənan T. adlı Türkiyə vətəndaşları Konyada tutulub. 8 məhbus "cinayət törətmək üçün təşkilat yaratmaq" və "cinayət yolu ilə əldə olunmuş çirkli pulların yuyulması" ittihamlarıı ilə məhkəmə qarşısına çıxarılıb. 1 nəfər sərbəst buraxılıb, Bignan və Finiks də daxil olmaqla, 7 nəfər isə həbs edilərək Metris həbsxanasına göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR