İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin silah şirkəti hərbi sifarişləri çatdıra bilmədiyini etiraf edib

İsrailin müdafiə elektronikasının istehsalı ilə məşğul olan “Elbit Systems” şirkəti yaxın bir neçə il ərzində silah satışının dəfələrlə artacağını proqnozlaşdırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyininn məlumatında deyilir.

Şirkət Rusiyanın Ukraynaya qarşı apardığı savaşın bütün dünyada hərbi xərcləri qat-qat artıracağını proqnozlaşdırıb.

“Hesab edirəm ki, hərbi məsrəflərdə rekordların qeydə alındığı 2021-ci il əslində gələcəkdə daha böyük xərclərin carçısıdır”,-deyə “Elbit Systems”in baş direktoru Bejalel Mahlis agentliyə danışıb.

İsrail şirkəti özü verilən sifarişləri çatdıra bilmədiyini etiraf edib. Belə ki, firmanın 2021-ci ilin sonu üçün yerinə yetirilməyən sifarişləriin 13,66 milyard dollara çatdığını bildirib. Ondan bir il öncə sə bu rəqəm 11,02 milyard dollar təşkil edib. “Elbit Systems”ə verilən sifarişlərin həcminin 72%-i xarici ölkələrin payına düşür. Üstəlik, bunların 60%-i 2022 və 2023-cü illər üçün nəzərdə tutlub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR