İnsanlara hürriyət, millətlərə istiqlal!

İSRAİLDƏN QƏRARLI AÇIQLAMA: İran qüvvələrini...

İsrail tərəfi İranın öz sərhədlərində mövqelərinin möhkəmlənməsinə imkan verməyəcək və lazım bildiyi zaman İslam Respublikası qüvvələrini Suriyadan geri atacaq.

Bunu bazar günü müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində İsrail Müdafiə Qüvvələrinin briqadalarından birinin yerləşdiyi əraziyə baş çəkərkən deyib.

“İranlıların və “Hizbullah”ın bizə zərər vurmasına icazə verməyəcəyik. Biz buna keçmişdə icazə verməmişik, indi də, gələcəkdə də icazə verməyəcəyik. Lazım olanda onları Suriyadan hara lazımdırsa ora da sıxışdıracağıq. Həmin yer isə İrandır”, - müdafiə naziri bəyan edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR