İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən NATO-ya İran təhdidi - Molla rejiminə qarşı SƏRT MÖVQE

Avropa İttifaqı və NATO ilə təmasını tamamlayan İsrail prezidenti İsaak Hersoq Brüsseldəki görüşlərində verdiyi mesajlarda İranı hədəf alıb.

Musavat.com xəbər verir ki, NATO-nun qərar qəbuledici orqanı olan Şimali Atlantika Şurasının (NAC) daimi nümayəndə iclasında iştirak edən ilk İsrail prezidenti olan Hersoq Alyansdan İrana qarşı mövqeyini sərtləşdirməyi xahiş edib.

Müharibənin yaratdığı böhranın Ukrayna sərhədlərini aşdığını vurğulayan Hersoq İran təhlükəsinin Avropanın qapısında olduğunu bildirib.

63d45b9b4e3fe0135087ebfa (1).jpg (63 KB)

NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirən İsrail lideri deyib:

“NATO iqtisadi, hüquqi və siyasi sanksiyalar və etibarlı hərbi çəkindirmə də daxil olmaqla, İran rejiminə qarşı mümkün olan ən sərt mövqeyi tutmalıdır”.

Hersoqun NATO təmaslarında digər müzakirə mövzusu Ukrayna olub.

Qeyd edək ki, İsrailin Ukrayna müharibəsi ilə bağlı mövqeyi bütün NATO ölkələrinin mövqeyi ilə uzlaşmır. Qərb bu məsələdə İsraildən daha qətiyyətli mövqe gözləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR