İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və Ukrayna müdafiə nazirlərinin görüşü baş tutmayıb- SƏBƏB

Ukrayna müdafiə naziri Oleksiy Reznikovla İsrailin müdafiə naziri Benni Qantz arasında oktyabrın 17-nə planlaşdırılan görüş baş tutmayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

Bildirilib ki, görüşün baş tutmamasına səbəb İsrailin Ukraynanın dialoq təklifindən imtina etməsidir.

 Qeyd edək ki, bir müddət əvvəl İsrail müdafiə nazirinin yaxın ətrafı belə görüşün keçirilməsinin vacibliyini vurğulamış, Qantzın yaxın günlərdə Reznikovla danışıqlar aparmaq niyyətində olduğunu bildirmişdi.

İsrail müdafiə nazirliyindən məsələ ilə bağlı hər hansı bir açıqlama gəlməyib. 

Onu da bildirək ki, Ukraynanın İran PUA-larından müdafiə olunmaq üçün İsraildən kömək istəməsə xəbəri yayılıb. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR