Onlayn ictimai-siyasi qəzet
Qüds Dairə Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunu bir həftə müddətinə korrupsiya ittihamı üzrə işdə ifadə verməkdən azad edib.
Musavat.com xəbər verir ki, məlumatı “Ynet” portal yayıb.
Bildirilir ki, belə bir qərar hakimlər tərəfindən baş nazirin tələbi ilə keçirilən qapalı iclasdan sonra qəbul edilib.
“Ynet”in məlumatına görə, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi Şlomi Binder və MOSSAD kəşfiyyat xidmətinin direktoru Devid Barnea oraya çağırılıb.
Portal qərardan sitat gətirir:
“Təqdim olunan izahatları nəzərə alaraq, biz sorğunu qismən təmin edirik və bu mərhələdə Netanyahunun 30 iyun və 2 iyul tarixlərinə təyin edilmiş ifadə tarixlərini ləğv edirik”.
“Kan” Teleradio Şirkətindən verilən məlumata görə, baş nazirin müdafiə tərəfinin tələb etdiyi ikinci həftə təxirə salınması ilə bağlı “qərar daha sonra veriləcək”.
İyunun 26-da Netanyahunun vəkilləri baş nazirin İranla vəziyyətin gərginləşməsi və "digər regional hadisələr" fonunda bütün vaxtını Qəzzada müharibə və orada saxlanılan girovların azad edilməsi də daxil olmaqla siyasi və təhlükəsizlik məsələlərinə həsr etməsinin vacibliyini əsas gətirərək, baş nazirin ifadəsinin iki həftə təxirə salınmasını istəyib.
Məhkəmə ilkin olaraq iyunun 27-də vəsatəti rədd etmişdi.
Xatırladaq ki, Netanyahuya qarşı rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə iddia 21 noyabr 2019-cu ildə İsrailin baş prokuroru qaldırılıb. Baş nazir dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Musavat.com
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ