Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda “Hizbullah” hərəkatının hədəflərinə zərbələr endirmək üçün 100-ə yaxın döyüş təyyarəsi yerləşdirib.
Musavat.com-un xəbərinə görə, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, zərbələr zamanı bir neçə min mərmi məhv edilib.
“Hərbi-Hava Qüvvələrinin 100-ə yaxın qırıcısı “Hizbullah”ın minlərlə mərmi konteynerinə hücum edib və məhv edib. Onların əksəriyyəti ölkənin şimalına, bəziləri isə İsrailin mərkəzi hissəsinə yönəlmişdi”, - Hagari qeyd edib.
O bildirib ki, “Hizbullah” İsrailin mərkəzini atəşə tutmaq niyyətində olub, lakin hücumun qarşısı alınıb.
Bundan əvvəl ordunun mətbuat xidməti xəbər vermişdi ki, SAXAL-ın qırıcıları İsrail ərazisinə raket zərbəsi hazırlamaqla əlaqədar Livandakı “Hizbullah” hədəflərinə hücum ediblər.
İsrailin müdafiə naziri Yoav Qalant ölkədə 48 saatlıq fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb. Daha sonra Livandan İsrailə doğru 320-dən çox raket atılıb.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, yerli vaxtla saat 05:30-dan 06:15-dək raket buraxılışları qeydə alınıb, onlardan bir neçəsi İsrail ərazisinə çatıb.
Şahanə Rəhimli
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ