İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib - ÖZƏL

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov 7 sutka inzibati qaydada həbs edilib.

Məlumata görə, Nurəddin Cəlilov metroda sərnişinlərdən biri ilə mübahisə edib. Cəlilov xırda xuliqanlıq törətməkdə təqsirli bilinərək 7 sutka həbs edilib.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR