İnsanlara hürriyət, millətlərə istiqlal!

İşıq dirəyinə çırpılan sürücü ÖLDÜ

Bakıda sürücünün idarəetməni itirməsi ilə ölümlə nəticələnən qəza olub.

Musavat.com xəbər verir ki, mayın 27-i gecə saat 02:50 radələrində Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında hərəkətdə olan zaman idarəetməni itirərək yolayrıcında işıq dirəyinə çırpılması nəticəsində hadisə yerində ölüb.

Avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib. 

Faktla bağlı 27.05.2025-ci il tarixdə Nərimanov RPİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR