İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşığı söndürün, həyatım tort üfürəcək” plakatını asan HƏBS EDİLDİ

Bakıda tunelin girəcəyinə "İşığı söndürün, həyatım tort üfürəcək” plakatını asan şəxs həbs edilib.

Musavat.com qaynarinfo-ya istinadla xəbər verir ki, 1989-cu il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Ust-Kut şəhərində anadan olmuş və hazırda Bakıda yaşayan Cəbiyev Taleh Rayiz oğlu xırda xuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

Belə ki, 8 avqust tarixində, saat 18:30 radələrində tanışı olan xanım Taleh Cəbiyevdən üzərinə "işığı söndürün, həyatım tort üfürəcək” və digər sözlər yazılmış pankart hazırlayaraq, "Şəfa” stadionunun yaxınlığında yerləşən tuneldən asmasını xahiş edib. O, pankartı yol hərəkətini tənzimləyən vasitələrin üzərinə asdıqdan sonra, yolun ortasında dayanaraq şəkil çəkdirib və həmin fotonu tanışı olan xanıma göndərib.

Bu zaman yol-patrul xidmətinin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib və yol hərəkətini tənzimləyən vasitələrin üzərini niyə görə örtdüyünü soruşub. Taleh isə ona "get işinlə məşğul ol” deyərək, səs-küy salıb və pankartı sökməyəcəyini bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR