Onlayn ictimai-siyasi qəzet
Şirvan-Salyan Regional Məşğulluq Filialının təşkilatçılığı ilə 5 dekabr 2024-cü il tarixində Hacıqabul şəhərində geniş əmək yarmarkası keçiriləcək.
Yarmarka saat 11:00-dan 13:00-a kimi İ.Qayıbov küçəsində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yarmarkada Hacıqabul rayonunda fəaliyyət göstərən 11 işəgötürən tərəfindən təqdim edilən 100 vakant iş yeri namizədlərə təqdim olunacaq. İş imkanları, vakansiyaların tələbləri və şərtləri barədə ətraflı məlumat tədbir zamanı veriləcək.
Əmək yarmarkasında iştirak etmək istəyənlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. Həmçinin, CV nümunəsi ilə gəlmək namizədlər üçün əlavə üstünlük təşkil edəcək.
Ünvan: Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi (Heydər Əliyev Mərkəzi)./BAKU.WS
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ